Şuşa şəhərinin və Daşaltı kəndinin xəritəçəkmə layihəsi
Şuşa şəhərinin bərpası birinci növbədə onun yeni xəritəsinin yaradılmasından başlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində olan Bakı Dövlət Layihə İnstitutu ilə 2021-ci ilin May ayında imzalanmış müqavilə əsasında, Böyük Britaniya şirkəti olan, Chapman Taylor LLP tərəfindən aparılacaq Şuşa şəhərinin bərpasının bir hissəsi olan xəritəçəkmə prosesi ilə məhz Project Terra məşğul olmuşdur. İşlər bütövlüklə 5 ay ərzində bitirilmiş, təhvil verilmişdir.