Biz dəqiqlik üçün çalışırıq

info@projectterra.az
+994 (55) 300 28 24

3D Lazer Skanner

3D Lazer Skanner.

  1. Sürət və dəqiqlik – Lazer skanneri digər metodlardan daha sürətlidir və scan üçün ənənəvi metodlardan iki dəfə daha az vaxt sərf olunur. Lazer skaneri saniyədə milyonlarla lazer nöqtəsi istehsal edir və sonra 1 mm-ə qədər dəqiqliklə skan edilmiş obyektin çox spesifik təfərrüatlarını, həmçinin forma və ölçülərini əldə edir.

  2. Təhlükəsizlik – Təhlükəli ərazilərdə lazer saknnerin uzaqdan melumat toplama bacarığı işçilərin təhlükəsizliyini təmin etməklə yanaşı çətin ərazilərdədə dəqiq məlumat toplanmasına şərait yaradır

  3. 3D modelin dərhal hazırlanması – Point Cloud formatında toplanmış məlumatlar demək olar ki, yerində təqdim edilə bilər. Skan edilmiş məlumatlar daha sonra rəqəmsal olaraq tam teksturalı modellər, planlar və yüksəkliklər kimi üçölçülü məhsullara çevrilə bilər.

  4. FARO focus 3D laser skanerdən obyektin səthinə qədər olan məsafəni yüksək sürətlə (saniyədə bir neçə mindən bir milyon nöqtəyə qədər) ölçən və sonradan 3D görüntü meydana gətirməklə müvafiq istiqamətləri (şaquli və üfüqi bucaqla) nöqtə buludu şəklində ölçülü təsvir kimi qeyd edən bir sistemidir.

İHA-ya qoşulan LiDARUSA 3D lazer skanneri

İHA-ya qoşulan LiDARUSA 3D lazer skanneri.

  1. Lazım olan ərazi barədə (relyef, yüksəkliklər, dərələr, və s.) tam məlumat əldə edilir

  2. Böyük ərazilərin, və ya insan üçün əlçatmaz ərazilərin məlumatları tez bir zamanda toplanılır

  3. Yüksək dəqiqlik əldə edilir

  4. Toplanmış məlumatlar lazım olan nəticələrin əldə edilməsi üçün istifadə oluna bilər (xəritəçəkmə, 3D modellərin hazırlanması, müvafiq obyektlərin lokasiyası və s.)

  5. LİDAR (işıq və radar cihazı, həm də başqa cür “İşıq Təsbiti və Aralığı” üçün qısaltma kimi adlandırıla bilər), ultrabənövşəyi şüalardan lazer şüası şəklində işıq impulslarından istifadə edən məsafə ölçmə və görüntüləmə texnologiyasıdır. Həmçinin elektromaqnit spektrinin görünən və infraqırmızı hissələridir. Bu işıq impulsları ölçmə altında olan obyekt tərəfindən adətən geri səpilmə yolu ilə əks olunur. LiDAR sensoru əks olunan işıq impulsun geri qayıtması üçün sərf olunan vaxtı ölçür və beləliklə, obyektlə özü arasında olan məsafəni hesablaya bilir. Bununla da yaydığı həmin impuls nöqtələri əsasında obyektin 3 ölçülü görüntüsünü hazırlayır.

GPR (Ground Penetrating Radar)

GPR (Ground Penetrating Radar).

  1. Yeraltı kommunikasiyaları,infrastrukturun,torpaq qatlarını və qrunt sularını müəyyən edilməsində köməklik edir

  2. Fərgli yer örtüklərdən asılı olmadan, məlumatların toplanmasını həyata keçirir

  3. Toplanmış məlumatlar əsasında yeraltı 3D xəritənin hazırlanmasında köməklik göstərir